Yuxarı
    Bağlamaq

    ​Şotlandiya yığmasının baş məşqçisi: "Azərbaycan millisi futbolçularımız üçün nümunədir"

    Futbolçularınız çox güclü və motivasiyalıdır

    Bakı. 11 may. REPORT.AZ/ "Azərbaycan millisini təbrik edirəm. Futbolçuları çox güclüdür və motivasiyalıdır. Bu isə bizim futbolçuların gələcəkdə özünü göstərmələri üçün bir nümunədir". "Report"un məlumatına görə, bunu 17 yaşadək futbolçulardan ibarət Şotlandiya yığmasının baş məşqçisi Skot Qemmill deyib.

    Bakıda keçirilən Avropa çempionatının qrup mərhələsinin son oyununda Azərbaycan millisi ilə keçirilən oyunu dəyərləndirən baş məşqçi bunları bildirib: "Bizim oyunçular hər zamankı kimi hazırlıq idilər. Belə olmasaydı, final mərhələsinə gəlib çıxmazdıq. Aqressivliyə gəlincə, bizimkilər tam aqressiv deyildi, sadəcə qələbə üçün çalışırdı. Əslində, aqressiya futbolun bir hissəsidir. Sadəcə, bu futbolçular cavan olduğu üçün özlərini göstərmək istəyirdilər. Daha yaxşı nəticə gözləyirdik. Məğlubiyyətə görə futbolçularımız da məyus oldu. Buna baxmayaraq, həmin futbolçular U-19-da da çıxış edəcəklər".

    Qeyd edək ki, Şotlandiya yığması qrup mərhələsinin son oyununda Azərbaycan millisinə 0:1 hesabı ilə məğlub olub və qrupda sonuncu pilləni tutub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi