Sokratis Papastatopulos: “Bakıya qalib gəlmək üçün gəlmişik”

Sokratis Papastatopulos: “Bakıya qalib gəlmək üçün gəlmişik” “Bu görüşdə iştirak edəcəyim üçün xoşbəxtəm. Yunan xalqı məni və “Arsenal”ı dəstəkləyir”.
Futbol
28 May , 2019 18:52
Sokratis Papastatopulos: “Bakıya qalib gəlmək üçün gəlmişik”

“Bu görüşdə iştirak edəcəyim üçün xoşbəxtəm. Yunan xalqı məni və “Arsenal”ı dəstəkləyir”.

“Report”un məlumatına görə, bunları İngiltərənin “Arsenal” komandasının futbolçusu Sokratis Papastatopulos UEFA Avropa Liqasının finalı ərəfəsində Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında söyləyib.

Yunanıstanlı müdafiəçi deyib ki, Bakıya gəlməkdən imtina edən Ermənistan millisinin futbolçusu Henrix Mxitaryanla dostdur: “Mxitaryanla 4-5 il birgə oynamışıq. Onunla dostuq. Biz həm onun üçün, həm də zədəli futbolçular üçün oynamalıyıq. Bu, həm də onların qələbəsi olacaq. Bakıya gec gəlməyimizin nəticəyə müsbət və ya mənfi təsir edəcəyini deyə bilmərəm. Neqativ düşünmürük. Bura udmaq üçün gəlmişik”.

Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin digər təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi