​SOCAR və "UniPer" şirkəti əməkdaşlarının övladları arasında futbol oyunu keçirilib

​SOCAR və "UniPer" şirkəti əməkdaşlarının övladları arasında futbol oyunu keçirilib Avqustun 8-20-də almaniyalı məktəblilər Azərbaycanda SOCAR tərəfindən təşkil edilmiş builki yay düşərgəsində iştirak edirlər
Futbol
16 Avqust , 2016 17:10
​SOCAR və UniPer şirkəti əməkdaşlarının övladları arasında futbol oyunu keçirilib

Bakı. 16 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın "UniPer" şirkətinin əməkdaşlarının övladları arasında futbol oyunu keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, “Yay düşərgəsi” çərçivəsində AFFA və SOCAR-ın İnsan resursları Departamentinin təşkilatçılığı ilə Binə qəsəbə stadionunda Almaniya və Azərbaycanda keçirilən “Yay Düşərgəsi” iştirakçıları arasında futbol üzrə yoldaşlıq görüşü baş tuutb.

Qeyd edək ki, SOCAR ilə "UniPer" şirkətləri arasında əməkdaşlıq müqaviləsinə əsasən, “Uşaqların Mübadilə Proqramı” çərçivəsində hər il iki şirkət əməkdaşlarının övladları üçün Almaniya və Azərbaycanda yay düşərgələri təşkil olunur. Avqustun 8-20-də almaniyalı məktəblilər Azərbaycanda SOCAR tərəfindən təşkil edilmiş builki yay düşərgəsində iştirak edirlər. 

Ötən gün keçirilən futbol oyununda azərbaycanlı uşaqlar özlərindən orta yaş göstəricisində nisbətən yuxarı olan alman şagirdlərinə 1:6 hesabı ilə məğlub olublar. Oyunun sonunda SOCAR-ın İnsan resursları Departamentinin rəisi Asif Bəkirli və "UniPer"in Xəzər və Cənub bölgəsi və qaz təchizatı üzrə vitse-prezidenti Maykl Hilmer iştirakçıları medallarla təltif edib, qalib komandanı kubokla mükafatlandırıblar. Almaniyalı və azərbaycanlı uşaqlar onlara göstərilən diqqətə, yay düşərgəsi proqramının yüksək səviyyədə təşkilinə görə SOCAR və "UniPer" rəhbərliyinə təşəkkür ediblər. Yekunda qeyd olunub ki, belə tədbirlərin, yoldaşlıq görüşlərinin keçirilməsi şirkətlər arasında əlaqələri daha da gücləndirir, uşaqlar arasında dostluq münasibətlərini möhkəmləndirir və Azərbaycanda uşaq futbolunun inkişafına töhfə verir.

Son xəbərlər

Orphus sistemi