Yuxarı

​SOCAR Türkiyədə heç bir idman klubuna sponsorluq etməyəcək

Bu barədə SOCAR Turkey Enerji A.Ş.nin prezidenti məlumat verib

Bakı. 3 avqust. REPORT.AZ/ "SOCAR Turkey Enerji A.Ş." Türkiyədə heç bir idman klubuna sponsorluq etməyəcək. "Report"un məlumatına görə, bu barədə "SOCAR Turkey Enerji A.Ş."nin prezidenti Kənan Yavuz bildirib. 

Klublara yeni mövsümdə qardaşlıq şəraitində mövsüm arzuladıqlarını qeyd edən K.Yavuz hər hansı idman klubuna sponsorluq etməyi düşünmədiklərini deyib.

Qeyd edək ki, bir müddət öncə SOCAR-ın "Qalatasaray"a sponsorluq edəcəyinə dair xəbərlər yayılıb. Hazırda şirkət Türkiyədə "SOCAR Petkim" adlı basketbol klubunun baş sponsorudur. Futbol üzrə Türkiyə Super Liqasında 2015-2016-cı il mövsümü avqustun 14-də start götürəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi