"​SOCAR Türkiyə Enerji"nin baş direktoru Türkiyə Futbol Federasiyasında olub

"​SOCAR Türkiyə Enerji"nin baş direktoru Türkiyə Futbol Federasiyasında olub Federasiya rəsmisi qonağa milli komandanın formasını hədiyyə edib
Futbol
8 İyun , 2016 09:29
​SOCAR Türkiyə Enerjinin baş direktoru Türkiyə Futbol Federasiyasında olub

Bakı. 8 iyun. REPORT.AZ/ "SOCAR Türkiyə Enerji"nin baş direktoru və "Neftçi" klubunun Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov Türkiyə Futbol Federasiyasını (TFF) ziyarət edib. "Report"un TFF-yə istinadən verdiyi məlumata görə, Z.Qəhramanov milli komandaların təlim-məşq və tədris bazasında olub.

Z.Qəhramanov qurumun İdarə və İcraiyyə Komitəsinin üzvü Cengiz Zülfikaroğlu və federasiyanın baş katibi Kadir Kardaş ilə görüşüb, Türkiyə yığmasına Fransada keçiriləcək AVRO-2016-da uğurlar arzulayıb.

Görüşdən sonra C.Zülfikaroğlu Z.Qəhramanova üzərində futbolçuların adları yazılmış xatirə formasını hədiyyə edib.

Son xəbərlər

Orphus sistemi