Yuxarı
    Bağlamaq

    "Slovan" - "Qarabağ" oyununun hakimləri açıqlanıb

    Oyun İsveçdən olan referiyə tapşırılıb

    Bakı. 21 noyabr. REPORT.AZ/ "Qarabağ" klubunun Çexiyada "Slovan"la keçirəcəyi futbol üzrə Avropa Liqasında qrup mərhələsinin V tur matçı üçün hakim təyinatı açıqlanıb.

    "Report"un məlumatına görə, noyabrın 24-də baş tutacaq qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb. 

    Matçın baş hakimi Stefan Yohannesson olacaq. 

    Avropa Liqası, qrup mərhələsi, V tur

    22:00. "Slovan" (Çexiya) - "Qarabağ" (Azərbaycan)

    Baş hakim: Stefan Yohannesson

    Köməkçi hakimlər: Fredrik Nilsson, Mehmet Culum

    Əlavə köməkçi hakimlər: Andreas Ekberq, Kristoffer Karlsson

    Dördüncü hakim: Maqnus Sjöblom (hamısı İsveç)

    Hakim-inspektor: Stefano Podesçi (San Marino)

    UEFA nümayəndəsi: Roy Kaskart (Şimali İrlandiya)

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi