Slovakiyalı yarımmüdafiəçi: "Azərbaycan millisi evdə təhlükəli olacaq"

Slovakiyalı yarımmüdafiəçi: "Azərbaycan millisi evdə təhlükəli olacaq" Azərbaycanı hiyləgər rəqib hesab edirəm. Bu komandanın futbolçuları evdə təhlükəli olacaqlar.
Futbol
7 İyun , 2019 10:45
Slovakiyalı yarımmüdafiəçi: Azərbaycan millisi evdə təhlükəli olacaq

"Azərbaycanı hiyləgər rəqib hesab edirəm. Bu komandanın futbolçuları evdə təhlükəli olacaqlar".

"Report"un məlumatına görə, bunu Slovakiya milli komandasının futbolçusu Patrik Qroşovski Bakıda keçirəcəkləri AVRO-2020-nin seçmə qrup matçı barədə danışarkən deyib. Yerli "Viktoriya" (Plzen) klubunda çıxış edən 27 yaşlı yarımmüdafiəçi 3 il əvvəl "Qarabağ"la oynadıqları Çempionlar Liqasının III təsnifat mərhələsinin qarşılaşmalarını xatırlayıb: "Həmin görüşlərdə "Qarabağ" bizi təəccübləndirmişdi. Biz səfər heç-heçəsi sayəsində (0:0, 1:1) mərhələ keçmişdik. Cavab görüşündə meydan sahibləri əla oynamışdılar. Xatırlayıram ki, rəqib komandanın heyətində 2 azərbaycanlı futbolçu var idi. Onlar keyfiyyətli təsir bağışlayırdılar".

Qroşovski Azərbaycan millisi ilə qarşılaşmanın asan alınmayacağını diqqətə çatdırıb. O, iyunun 7-də evdə İordaniya ilə keçirəcəkləri yoldaşlıq görüşünə də məsuliyyətlə yanaşmaqla bərabər Bakıdakı qarşılaşmaya köklənmələrinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, iyunun 11-də "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlanacaq.   

Son xəbərlər

Orphus sistemi