Slovakiyalı futbolçu: "Azərbaycan millisinin səfərdə evdəki kimi oynamadığını bilirdik"

Slovakiyalı futbolçu: "Azərbaycan millisinin səfərdə evdəki kimi oynamadığını bilirdik" “Azərbaycan millisinin səfərdə evdəki kimi oynamadığını bilirdik. Görüş ərzində onların müdafiə xəttini yarmaqda çətinlik çəkdik. Xoşbəxtlikdən erkən vurulan ilk qolu işimizi bir asanlaşdırdı”.
Futbol
20 Noyabr , 2019 10:51
Slovakiyalı futbolçu: Azərbaycan millisinin səfərdə evdəki kimi oynamadığını bilirdik

“Azərbaycan millisinin səfərdə evdəki kimi oynamadığını bilirdik. Görüş ərzində onların müdafiə xəttini yarmaqda çətinlik çəkdik. Xoşbəxtlikdən erkən vurulan ilk qolu işimizi bir asanlaşdırdı”.

“Report” xəbər verir ki, bunu Slovakiya yığmasının futbolçusu Robert Bojenik Azərbaycan millisini 2:0 hesabı ilə məğlub etdikləri AVRO-2020-nin son seçmə oyunundan sonra deyib.

Matçın 19-cu dəqiqəsində hesabı açan 20 yaşlı forvard Avropa çempionatına birbaşa vəsiqə qazana bilmədikləri üçün təəssüfləndiyini deyib: “Biz Xorvatiya və Uelsi heç bir oyunda məğlub edə bilmədik. Görünür ona görə də uğur qazanmadıq. Mənim üçün hər bir görüş önəmlidir. Azərbaycan millisinə qarşı köklənmək çətin deyildi. Hər bir oyun bayramdır”.

Qeyd edək ki, Azərbaycan 1 xalla sonuncu yeri tutduğu E qrupunda Xorvatiya və Uels kollektivləri Avropa çempionatına vəsiqə qazanıblar. Slovakiya və Macarıstan yığmaları isə AVRO-2020-yə düşmək üçün pley-off mərhələsinə qatılacaqlar.

Son xəbərlər

Orphus sistemi