Slovakiya yığmasının futbolçusu alkoqol testindən imtina etdiyi üçün həbs olunub

Slovakiya yığmasının futbolçusu alkoqol testindən imtina etdiyi üçün həbs olunub Yan Kozak: "Günahı olsa da, olmasa da qarşıdakı iki görüşdə oynamayacaq"
Futbol
4 Oktyabr , 2016 12:51
Slovakiya yığmasının futbolçusu alkoqol testindən imtina etdiyi üçün həbs olunub

Bakı. 4 oktyabr. REPORT.AZ/ Qətərin "Əl-Qarafa" klubunun futbolçusu Vladimir Vayss Sloveniya və Şotlandiya yığmalarına qarşı 2018-ci il dünya çempionatının seçmə qrup matçlarında Slovakiya milli komandasına kömək edə bilməyəcək. 

"Report"un "Daily Record"a istinadən verdiyi məlumata görə, Bratislava polisi 27 yaşlı yarımmüdafiəçini alkoqol testindən imtina etdiyi üçün həbs edib. Slovakiya yığmasının baş məşqçisi Yan Kozak bildirib ki, günahı olsa da, olmasa da Vayss qarşıdakı iki görüşdə oynamayacaq: "Bizə qarşıdakı oyunlara sakit ab-havada hazırlaşmaq lazımdır. O, yığmamızın aparıcı futbolçularındandır. Lakin kifayət qədər yaxşı oyunçulara malikik". 

Qeyd edək ki, Slovakiya yığması Sloveniya ilə oktyabrın 8-də səfərdə, Şotlandiya ilə oktyabrın 11-də evdə üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi