Slovakiya yığmasının baş məşqçisi: "Azərbaycan millisi öz meydanında xal qazana bilər"

Slovakiya yığmasının baş məşqçisi: "Azərbaycan millisi öz meydanında xal qazana bilər" Bakı. 4 fevral. REPORT.AZ/ “Püşkün nəticəsi daha pis ola bilərdi. İspaniya və ya Almaniyadan yayındığımız üçün sevinirəm”.
Futbol
4 Fevral , 2019 13:05
Slovakiya yığmasının baş məşqçisi: Azərbaycan millisi öz meydanında xal qazana bilər

Bakı. 4 fevral. REPORT.AZ/ “Püşkün nəticəsi daha pis ola bilərdi. İspaniya və ya Almaniyadan yayındığımız üçün sevinirəm”.

“Report” xəbər verir ki, bunu futbol üzrə AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal “Przeglad Sportowy” nəşrinə müsahibəsində deyib.

50 yaşlı çexiyalı mütəxəssis qrupda yer alan komandalar bərabər səviyyəli olduqlarını söyləyib. Onun fikrincə, Azərbaycan millisi evdə xal qazana biləcək gücdədir: “Bərabər səviyyəli, eyni zamanda güclü komandaların yer aldığı qrupumuz var. Xorvatiya yığması FIFA reytinqində 2-ci yerdədir. Uels sonuncu Avropa çempionatının yarımfinalçısıdır. Macarıstan da yaxşı komandadır. Azərbaycan millisi öz meydanında xal qazana bilər. Çünki çətin rəqibdir. Xorvatiya isə favoritdir. Biz də irəli getməyə ümid bəsləyirik”.

Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya, Uels, Slovakiya və Macarıstan yığmaları ilə birgə E qrupunda mübarizə aparacaq. Yığma Slokaviya ilə iyunun 11-də evdə, noyabrın 19-da isə səfərdə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi