Yuxarı

Slovakiya yığmasının baş məşqçisi: "Azərbaycan müdafiədə yaxşı, kompakt oynadı"

​Slovakiya yığmasının baş məşqçisi: "Azərbaycan müdafiədə yaxşı, kompa

"Oyun yaxşı başladıq. 100 faizli qol şanslarımız oldu. Azərbaycan müdafiədə yaxşı, kompakt oynadı. Birinci hissədən sonra komanda bir qədər inamsız görünürdü. Bəlkə də Uelsdəki oyunun nəticəsi ilə bağlı məlumat almışdılar".

"Report"un Trnavaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Slovakiya milli komandasının baş məşqçisi Pavel Hapal Azərbaycan yığmasına 2:0 hesabı ilə qalib gəldikləri AVRO-2020-nin seçmə oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Azərbaycan millisinin 81-ci dəqiqədə real qol şansından yararlana bilməməsinə diqqət çəkib: "Həmin anda rəqib hesab bərabərləşməyə çox yaxın idi. Lakin qapıçımızın inamlı oyunu onların sevinməsinə imkan vermədi. Daha sonra isə ikinci qolu vurmaqla görüşün taleyini həll etdik.

İlk yarıda Azərbaycan millisi elə də yaxşı çıxış etmədi. Amma fasilədən sonra buraxdığımız 1 səhv bizə baha başa gələ bilərdi. Lakin rəqib real qol epizodundan yararlana bilmədi".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi