Slovakiya millisinin baş məşqçisi: "Biz meydana qələbə üçün çıxacağıq"

Slovakiya millisinin baş məşqçisi: "Biz meydana qələbə üçün çıxacağıq" Futbolçular sabahkı matçda meydana çıxmağa hazırdrılar. Miroslav Stox xəstələnib. Digər oyunçuların yoluxmaması üçün onu Bakıya gətirmədik.
Futbol
10 İyun , 2019 19:58
Slovakiya millisinin baş məşqçisi: Biz meydana qələbə üçün çıxacağıq

"Futbolçular sabahkı matçda meydana çıxmağa hazırdrılar. Miroslav Stox xəstələnib. Digər oyunçuların yoluxmaması üçün onu Bakıya gətirmədik".

"Report" xəbər verir ki, bu fikirləri Slovakiya millisinin baş məşqçisi Pavel Hapal AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, istənilən rəqibə hörmətlə yanaşırlar: "Azərbaycanın oyununa baxmışıq. Yaxşı kollektivdir. Biz meydana qələbə üçün çıxacağıq".

Çexiyalı mütəxəssis sabahkı matçdakı start heyəti açıqlamaq istəməyib. O, meydanda bəzi dəyişikliklər edə biləcəyini bildirib.

Qeyd edək ki, Azərbaycan - Slovakiya matçı iyunun 11-i saat 20:00-da "Bakcell Arena"da başlayacaq.

Son xəbərlər

Orphus sistemi