Slovakiya millisi Azərbaycanla oyundan əvvəl yoldaşlıq görüşü keçirəcək

Slovakiya millisi Azərbaycanla oyundan əvvəl yoldaşlıq görüşü keçirəcək Bakı. 28 fevral. REPORT.AZ/ Slovakiya yığmasının Azərbaycan millisi ilə keçirəcəyi AVRO-2020-nin seçmə oyunu üçün hazırlıq planı müəyyənləşib.
Futbol
28 Fevral , 2019 16:21
Slovakiya millisi Azərbaycanla oyundan əvvəl yoldaşlıq görüşü keçirəcək

Bakı. 28 fevral. REPORT.AZ/ Slovakiya yığmasının Azərbaycan millisi ilə keçirəcəyi AVRO-2020-nin seçmə oyunu üçün hazırlıq planı müəyyənləşib. 

"Report" Slovakiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Pavel Hapalın baş məşqçi olduğu kollektiv iyunun 7-də bir araya gələcək. Həmin gün onlar Trnavadakı Anton Malatinski stadionunda İordaniya ilə yoldaşlıq görüşü keçirəcəklər.  

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində Slovakiya ilə yanaşı, Xorvatiya, Macarıstan, Uelslə birgə E qrupunda mübarizə aparacaq. Yığma Slovakiya ilə ilk oyunu iyunun 11-də evdə, növbəti matçı isə noyabrın 19-da səfərdə keçirəcək. 

Son xəbərlər

Orphus sistemi