Slovakiya çempionu Ramil Şeydayevi "Trabzonspor"dan birdəfəlik alacaq

Slovakiya çempionu Ramil Şeydayevi "Trabzonspor"dan birdəfəlik alacaq 21 yaşlı hücumçu üçün 500 min avro təklif olunub
Futbol
14 İyun , 2017 16:51
Slovakiya çempionu Ramil Şeydayevi Trabzonspordan birdəfəlik alacaq

Bakı. 14 iyun. REPORT.AZ/ Slovakiyanın "Jilina" klubu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin transfer hüququnu ələ keçirmək istəyi ilə Türkiyənin "Trabzonspor" klubuna müraciət edib.

"Report"un "Fotospor"a istinadən verdiyi məlumata görə, 21 yaşlı hücumçu üçün "bordo-mavililər"ə 500 min avro təklif olunub.

"Trabzonspor" isə 2 milyon avro istəyib. Lakin Türkiyə təmsilçisi oyunçunun çox da bazarlıq etmədən ən münasib şərtlərlə verilməsini qərara alıb.

Qeyd edək ki, Ramil Şeydayev "Trabzonspor"a 2016-cı ilin yayında Rusiya "Zenit"indən transfer olunub. Lakin o, qışda "Jilina"ya 1,5 illik icarəyə verilib. Slovakiya təmsilçisinin heyətində 12 oyuna 6 qol və 2 məhsuldar ötürmə müəllifi olan Şeydayev ölkə çempionluğunu da qazanıb. 

Son xəbərlər

Orphus sistemi