Slovakiya - Azərbaycan matçının stadionu dəyişdirilib

Slovakiya - Azərbaycan matçının stadionu dəyişdirilib Azərbaycan yığmasının AVRO-2020-nin seçmə mərhələsində səfərdə Slovakiyaya qarşı keçirəcəyi matçın stadionu dəyişdirilib.
Futbol
17 Oktyabr , 2019 19:50
Slovakiya - Azərbaycan matçının stadionu dəyişdirilib

Azərbaycan yığmasının AVRO-2020-nin seçmə mərhələsində səfərdə Slovakiyaya qarşı keçirəcəyi matçın stadionu dəyişdirilib. 

"Report" Slovakiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi paytaxt Bratislavadakı Milli Futbol Stadionunda baş tutmayacaq. UEFA görüşün Trnava şəhərindəki Anton Malatinski adına Stadionda olacağını təsdiqləyib. 

Buna səbəb Bratislavadakı arenanın ot örtüyünün yaxşı vəziyyətdə olmamasıdır. 

Qeyd edək ki, noyabrın 19-da keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi