​"Şkendiya"nın baş məşqçisi: "Neftçi" güclü komandadır"

​"Şkendiya"nın baş məşqçisi: "Neftçi" güclü komandadır" Bruno Akrapoviç: "Nəticə qazanmaq üçün intizamlı şəkildə çıxış etməliyik"
Futbol
13 İyul , 2016 20:19
​Şkendiyanın baş məşqçisi: Neftçi güclü komandadır

Bakı. 13 iyul. REPORT.AZ/ "Bakı çox gözəl şəhərdir. İnsanlarını xüsusilə qeyd etmək istəyirəm".

"Report"un məlumatına görə, bunu Makedoniyanın "Şkendiya" klubunun baş məşqçisi Bruno Akrapoviç deyib.

O, Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə keçiriləcək ilk oyun barədə danışıb: "Diqqətimizi oyuna yönəltmişik. Rəqibi analiz etmişik. İstədiyimiz oyunu göstərməyə çalışacağıq. "Neftçi" güclü komandadır. Nəticə qazanmaq üçün intizamlı şəkildə çıxış etməliyik. Hər bir komanda oyuna hazırdır. Nəticənin necə olacağını isə sabah görəcəyik".

Baş məşqçi "Neftçi"ni analiz etdiyi və nəticə üçün gəldiklərini söyləyib: "Hər iki oyunu izləmişəm. Araz Abdullayevi xüsusilə qeyd etmək istəyirəm. "Neftçi"nin heyətində Ruslanı, Rəhmanı qeyd edə bilərəm. Heyətdə keyfiyyətli futbolçular çoxdur. Qələbə və heç-heçə bizi qane edəcək. "Neftçi"nin ev oyunları ilə bağlı statistikasından xəbərimiz var. Heç bir Makedoniya klubu Azərbaycanda qələbə qazana bilməyib. Biz qələbə qazanmaq istəyirik."

Bruno Akrapoviç məşqçilik koryerasından da söz açaraq deyib ki, məşqçi kimi gəncəm. Futbolu 42 yaşında bitirmişəm. İşlədiyim klublarda mənim üslübümda çalışmayan insanlar yox idi. Bu səbəbdən 2011-ci ildən bu yana işlədiyim komandalarda bir ildən çox qalmamışam. Ancaq statistikada qələbə qazandığım oyunlar da var.

Son xəbərlər

Orphus sistemi