Yuxarı

Skandinaviya ölkələri AVRO-2024-ə birgə namizədliklərini irəli sürəcəklər

Şimal ölkələri ortaq dəyərlərə malikdirlər və özləri çempionat keçirmək istəyirlər

Bakı. 4 aprel. REPORT.AZ/ Danimarka, İsveç, Norveç və Finlandiya futbol üzrə 2024-cü il Avropa çempionatına birgə təşkilatçılıq üçün ərizə verəcəklər. "Report"un Danimarka Futbol İttifaqının (DBU) rəsmi saytına istinadən verdiyi məlumata görə, ərizədə çempionat oyunlarının Farer adaları və İslandiya ərazisində də keçiriləcəyi əksini tapacaq.

Bu, Skandinaviya ölkələri qalib olacaqları halda gerçəkləşəcək. Uğursuzluq təqdirində isə AVRO-2028-ə namizədlik irəli sürüləcək. Ölkə rəsmilərinin birgə bəyanatında deyilir: "Şimal ölkələri ortaq dəyərlərə malikdirlər və özləri çempionat keçirmək istəyirlər. Həm iqtisadi, həm də ekoloji standartlara cavab verən çoxlu oyun keçirmək istəyirik. Ev sahibinin seçimi prosesi 2018-ci ildə olacaq. Lakin biz hazırlıqlara indidən başlamaq istəyirik". 

Qeyd edək ki, AVRO-2016 Fransada, AVRO-2020 isə qitənin 13 şəhərində, o cümlədən, Bakıda təşkil olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi