"Simurq"un prezidenti: "Klubla bağlı qaranlıq məsələlərə yaxın günlərdə aydınlıq gətiriləcək"

"Simurq"un prezidenti: "Klubla bağlı qaranlıq məsələlərə yaxın günlərdə aydınlıq gətiriləcək" Anar Bəkirov əsas komandanın üzvləri ilə görüşüb
Futbol
1 Aprel , 2015 11:00
Simurqun prezidenti: Klubla bağlı qaranlıq məsələlərə yaxın günlərdə aydınlıq gətiriləcək

Bakı. 1 aprel. REPORT.AZ/ Zaqatala "Simurq"unun prezidenti Anar Bəkirov əsas komandanın üzvləri ilə iclas keçirib. "Report"un məlumatına görə, klub rəhbərliyi, məşqçilər korpusu və futbolçuların iştirak etdiyi görüşdə qarşıdakı oyunlar müzakirə edilib.

İclasda Bəkirov son zamanlar "Simurq"la bağlı mətbuatda gedən yazılara aydınlıq gətirərək bildirib ki, heç bir kənar təsir komandanın qarşısına qoyduğu hədəfə çatmağa mane olmamalıdır. Onun sözlərinə görə, hər kəs işinə köklənməli və yaxşı nəticə qazanmaq üçün sona qədər mübarizə aparmalıdır. Klub prezidenti qeyd edib ki, "Simurq"un gələcəyi ilə bağlı səslənən fikirlər həqiqəti əks etdirmir və yaxın zamanlarda bütün qaranlıq məsələlərə aydınlıq gətiriləcək. Komandanın maliyyə cəhətdən heç bir probleminin olmadığını diqqətə çatdıran klub prezidenti futbolçulardan qarşıdakı oyunlarda mütləq nəticənin qazanmalı olduqlarını vurğulayıb və onlara uğurlar arzulayıb.  

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyevin tutduğu vəzifədən istefasından sonra "Simurq"un dağılacağına dair şayiələr yayılıb. Belə söz-söhbətlər Zaqatala klubunun C.Hacıyevə bağlı olması ilə əlaqələndirilib. 

Son xəbərlər

Orphus sistemi