Yuxarı
    Bağlamaq

    ​"Simurq" klubu ispaniyalı futbolçu ilə müqavilə imzalayıb

    Xuan Alvarado növbəti mövsümün sonuna qədər Zaqatala təmsilçisinin formasını geyinəcək

    Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanın "Simurq" klubu ispaniyalı mərkəz müdafiəçisi Xuan Alvarado ilə müqavilə imzalayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçu növbəti mövsümün sonuna qədər Zaqatala təmsilçisinin formasını geyinəcək.

    Artıq Antalyada düşərgəyə qoşulan təcrübəli müdafiəçi komanda ilə birgə hazırlıqlara başlayıb.

    Qeyd edək ki, Melli adı ilə tanınan futbolçu 7 il İspaniyanın "Betis" klubunun şərəfini qoruyub. 2011/12 və 2012/13-cü il mövsümlərində karyerasını Belçikada davam etdirib. "Gent" komandasından sonra ötən mövsüm Moldavanın "Şerif" klubuna keçib. Son komandası isə Yunanıstan çempionatında çıxş edən "Erqotelis" klubu olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi