Simone Dzadza "Torino" klubuna keçib

Simone Dzadza "Torino" klubuna keçib Bakı. 17avqust. REPORT.AZ/ İspaniyanın Valensiya klubunun italiyalı forvardı Simone Dzadza karyerasını Torinoda davam etdirəcək.
Futbol
17 Avqust , 2018 23:57
Simone Dzadza Torino klubuna keçib

Bakı. 17avqust. REPORT.AZ/ İspaniyanın "Valensiya" klubunun italiyalı forvardı Simone Dzadza karyerasını "Torino"da davam etdirəcək.

“Report” xəbər verir ki, bu barədə futbolçunun 2017-ci ildən şərəfini qoruduğu "Valensiya" klubunun saytı məlumat yayıb.

Dzadza İspaniya klubuna keçənə qədər "Vest Hem Yunayted", "Yuventus", "Sassuolo", "Askoli", "Viareco", "Yuve Stabiya", "Sampdoriya" və "Atalanta"nın heyətində çıxış edib.

27 yaşlı futbolçu 2017/18-ci illər mövsümündə İspaniya çempionatında keçirdiyi 33 oyuna (23-nü əsas heyətdə) 13 qol vurub və bir məhsuldar ötürmə edib.

Ötən mövsüm "Torino" İtaliya A Seriyasında 10-cu yeri tutub. Klub mövsümü 13 qələbə, 15 heç-heçə və 10 məğlubiyyətlə başa vurub.

Son xəbərlər

Orphus sistemi