Yuxarı

Şimali Koreya baş nazirinin müavini dünya çempionatının bağlanış mərasiminə qatılacaq

Şimali Koreya baş nazirinin müavini dünya çempionatının bağlanış mərasiminə qatılacaq

Bakı. 12 iyul. REPORT.AZ/ Şimali Koreya baş nazirinin müavini, Koreya Futbol Assosiasiyasının sədri Li Ryon Nam iyulun 15-də fubol üzrə dünya çempinonatının bağlanış mərasimində iştirak etmək üçün Rusiyaya səfər edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Şimali Koreyanın Rusiyadakı səfirliyi yayıb.

Bildirilib ki, onu mərasimə FİFA rəhbərliyi dəvət edib. Çempionatın açılış mərasiminə Şimali Koreyanı ölkənin Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim Yon Nam qatılıb.

Qeyd edək ki, iyulun 15-də Moskvada Lujniki stadionunda dünya çempionatının final oyunu olacaq. Finalda Fransa-Xorvatiya milliləri qarşılaşacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi