Şimali İrlandiya yığmasının baş məşqçisi "Qarabağ"ın maraq dairəsində olan hücumçudan danışıb

Şimali İrlandiya yığmasının baş məşqçisi "Qarabağ"ın maraq dairəsində olan hücumçudan danışıb “Onun həmin klub üçün uğurlu transfer olacağından əminəm”
Futbol
9 İyun , 2017 10:27
Şimali İrlandiya yığmasının baş məşqçisi Qarabağın maraq dairəsində olan hücumçudan danışıb

Bakı. 9 iyun. REPORT.AZ/ Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil “Qarabağ” klubunun da maraq dairəsində olduğu iddia edilən futbolçu Kayl Laffertinin gələcək karyerası barədə danışıb.

“Report”un .independent.ie saytına istinadən verdiyi məlumata görə, 47 yaşlı mütəxəssis Şimali İrlandiya yığmasının hücumçusunun gələcək klubunda uğurla çıxış edəcəyinə əminliyini dilə gətirib. O bildirib ki, 29 yaşlı forvard gedəcəyi komandada özünü xoşbəxt hiss edəcəyi halda ehtimadı doğruldacaq.

O`Nil hesab edir ki, KLaffertinin potensialını açmağın sirri onun qabiliyyətini dəyərləndirməkdir: “Əsas odur ki, özünü xoşbəxt hiss etsin. Lafferti oynamalıdır. Son 3 ildə onun üçün çətin olub. Bir neçə qol vursa da, “Norviç”də onun imkanları məhdud idi, az oynayırdı. “Birmingem” və “Rizespor”da da alınmadı. Mövümün ilk yarısında meyda çıxmırsınız və ikinci hissəsində icarəyə gedirsinizsə, bu, çox çətindir. Problemin əsasını bu amil təşkil edir. O, son iki mövsümdə ikinci dövrədə icarədə olub".

Şimali İrlandiya yığmasının baş məşqçisinin fikrincə, K.Lafferti onu qiymətləndirəcək kluba keçməlidir. O, iyunun 10-da 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri matçda 29 yaşlı hücumçunun xidmətindən yaralanmaq istəyir: “Lafferti onu həqiqətən istəyən komandaya keçsə, həmin klub üçün uğurlu transfer olacağından əminəm. O, hazırda arzuladığmız formada deyil. Lakin istərdik ki, Azərbaycanla oyunun hansısa bir hissəsində meydanda olsun”.

Qeyd edək ki, karyerası ərzində “Börnli” “Qlazqo Reyncers”, “Sion”, “Palermo”, “Norviç” kimi klublarda çıxış etmiş Kayl Lafferti son iki mövsümdə icarə əsasında müvafiq olaraq “Çaykur Rizəspor” və “Birmingem”in formasını geyinib. Hazırda azad agent statusu daşıyan 29 yaşlı hücumçunun adı “Qarabağ”la yanaşı hallanır.

Son xəbərlər

Orphus sistemi