Şimali İrlandiya Azərbaycan yığması ilə oyuna daha bir itki ilə çıxacaq

Şimali İrlandiya Azərbaycan yığması ilə oyuna daha bir itki ilə çıxacaq İki gündür komanda ilə məşq etməyən Konor Vaşinqtonun matçı buraxacağı gözlənilir
Futbol
10 Noyabr , 2016 18:49
Şimali İrlandiya Azərbaycan yığması ilə oyuna daha bir itki ilə çıxacaq

Belfast. 10 noyabr. REPORT.AZ/ Şimali İrlandiyanın futbol üzrə milli komandası Azərbaycan yığması ilə oyuna daha bir itki ilə çıxacaq. 

"Report"un Şimali İrlandiyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, iki gündür komanda ilə məşq etməyən Konor Vaşinqtonun matçı buraxacağı gözlənilir.

Onun əvəzinə yığmaya Laim Boys çağırılıb.

Daha öncə biləyi qırılan Ceymi Uord da heyətdən çıxarılıb. Stüart Dallas isə zədəli olduğu üçün yığmaya dəvət edilməyib.

Qeyd edək ki, noyabrın 11-də Belfastda keçiriləcək Şimali İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi