Bakı. 11 dekabr. REPORT.AZ/ ABŞ-ın "Sietl" komandası klub tarixində ilk dəfə Şimali Amerika Baş Futbol Liqasının (MLS) qalibi olub.
"Report" xəbər verir ki, bazar günü axşam keçirilən final oyununda "Sietl" "Toronto"nu penalti seriyasında 5:4 hesabı ilə məğlub edib.
Oyunun əsas və əlavə olunmuş vaxtı 0:0 hesablı heç-heçə ilə başa çatıb.