Şeyx Salman FİFA-da prezidentliyə rəsmən namizəd oldu

Şeyx Salman FİFA-da prezidentliyə rəsmən namizəd oldu FİFA-da prezident seçkiləri 2016-cı ilin fevralında keçiriləcək
Futbol
26 Oktyabr , 2015 06:36
Şeyx Salman FİFA-da prezidentliyə rəsmən namizəd oldu

Bakı. 26 oktyabr. REPORT.AZ/ Dünyanın ali futbol qurumunun prezidenti olmaq qərarına gələn Asiya Futbol Konfederasiyasının (AFC) rəhbəri şeyx Salman bin İbrahim əl-Xəlifə seçkilərdə iştirak etmək üçün sənədlərini FİFA nümayəndələrinə təqdim edib. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, namizədlərin qeydiyyatı bu gün başa çatacaq.

Yeni prezidentinin adına isə gələn il, fevralın 26-da aydınlıq gələcək.

Əl Xəlifə Bəhreyn kral nəslindəndi. O, 2002-ci ildən AFK-nın prezidenti kimi fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi