Yuxarı
    Bağlamaq

    "Sevilya" klubu yeni baş məşqçisinin adını açıqlayıb

    Argentinalı mütəxəssislə 2 illik müqavilə imzalanıb

    Bakı. 28 iyun. REPORT.AZ/ İspaniyanın "Sevilya" klubu yeni baş məşqçisinin adını rəsmən açıqlayıb. "Report"un məlumatına görə, komanda Xorxe Sampaoliyə tapşırılıb.

    Argentinalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. 56 yaşlı baş məşqçi karyerasında ilk dəfə Avropa klubunda çalışacaq. O, "Sevilya"ya ardıcıl 3 mövsüm Avropa Liqasını qazandıran Unay Emerini əvəzləyib. U.Emeri Fransanın PSJ komandasının sükanı arxasına keçəcək. 

    Qeyd edək ki, Xorxe Sampaoli son olaraq Çili yığmasında çalışıb. O, komandaya 2015-ci ildə Amerika Kubokunu qazandırdıqdan sonra istefa verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi