Yuxarı

​"Sevilya" ardıcıl üçüncü dəfə futbol üzrə Avropa Liqasının qalibi olub - VİDEO

İspan komandası finalda Liverpulu məğlub edib

Bakı. 19 may. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının 2015/2016-ci illər mövsümünün qalibi müəyyənləşib.

"Report" xəbər verir ki, finalda İngiltərənin "Liverpul" və İspaniyanın "Sevilya" klubları qarşılaşıb.

Bazelin "Sankt-Yakob Park" stadionunda keçirilən final oyunu ispanların 3:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb. Bununla da "Sevilya" ümumilikdə 5-ci, ardıcıl isə 3-cü dəfə Avropa Liqasının qalibi olmaqla turnirdə tarixi uğura imza atıb.

Final Unau Emerinin komandası üçün heç də yaxşı başlamayıb. Belə ki, "Sevilya" Daniel Starricin vurduğu qol sayəsində fasiləyə məğlub durumda yollanıb. Ancaq komandanın fransalı bombardiri Kevin Qameyronun ikinci hissənin əvvəlində hesabı bərabərləşdirməsi həlledici olub. Ardından səhnəyə Koke çıxıb. O, qısa müddətdə etdiyi dublla ispanlara əzmkar qələbə qazandırıb və finalın əsas qəhrəmanı olub.

Avropa Liqası, final

"Liverpul" (İngiltərə) - "Sevilya" (İspaniya) - 1:3

Qollar: Daniel Starric, 35 - Kevin Qameyro, 46. Koke, 64, 70

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi