Səudiyyə Ərəbistanının ağırlıqqaldırma üzrə yığma komandası Azərbaycana təlim-məşq toplanışına gələcək

Səudiyyə Ərəbistanının ağırlıqqaldırma üzrə yığma komandası Azərbaycana təlim-məşq toplanışına gələcək Qonaq atletlər avqustun 21-dən sentyabrın 16-dək hazırlıq keçəcəklər
Futbol
18 Avqust , 2017 15:15
Səudiyyə Ərəbistanının ağırlıqqaldırma üzrə yığma komandası Azərbaycana təlim-məşq toplanışına gələcək

Bakı. 18 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanının ağırlıqqaldırma üzrə yığma komandası Azərbaycana təlim-məşq toplanışına gələcək.

Azərbaycan Ağır Atletika Federasiyasından “Report”a verilən məlumata görə, səfərin məqsədi qarşıdakı beynəlxalq yarışlara ciddi hazırlıqdır. 16 nəfərlik heyət yığmanın Xırdalandakı AAAF Park Yaşayış Kompleksində yerləşən mərkəzi ağır atletika təlim-məşq bazasında məskunlaşacaq.

Qonaq atletlər avqustun 21-dən sentyabrın 16-na qədər hazırlıq keçəcəklər.

Bu toplanış milli komandaların üzvləri, həmçinin federasiyalar arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması, həmrəylik dəyərlərinin qorunması və möhkəmləndirilməsi baxımından da əhəmiyyət daşıyır.

Son xəbərlər

Orphus sistemi