Yuxarı

"Şerif"lə "Qarabağ" arasındakı cavab görüşünün hakimləri müəyyənləşib

"Şerif"lə "Qarabağ" arasındakı cavab görüşünün hakimləri müəyyənləşib
Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunu israillilərə tapşırılıb

Bakı. 29 iyul. REPORT.AZ/ Moldovada "Şerif"lə "Qarabağ" arasında keçiriləcək Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşü üçün bütün təyinatlar açıqlanıb.

"Report"un məlumatına görə, oyun Roy Raynşrayberin başçılıq etdiyi israilli hakimlər briqadasına tapşırılıb. Ona Amihay Yehoşua Mozes və Dan Uçenik yan xətt, Daniel Bar Natan dördüncü hakim qismində yardımçı olacaqlar.

UEFA nümayəndəsi latviyalı Edqar Pukinsk, hakim-inspektor litvalı Paulius Maljinskasdır.

R.Raynşrayber Azərbaycan komandalarından "Qəbələ"nin 2015-2016 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Tbilisidə Gürcüstan "Dinamo"su ilə keçirdiyi ilk oyunu idarə edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İsrailli referi tərəflərdən hərəyə 2 oyunçuya sarı vərəqə göstərməklə yanaşı, "Dinamo"nun bir oyunçusunu meydandan qovub.

Qeyd edək ki, avqustun 1-də "Şerif" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi