Serbiyalı məşqçi: "Qarabağ"a qarşı matçın taktiki hazırlığına başlamalıyıq"

Serbiyalı məşqçi: "Qarabağ"a qarşı matçın taktiki hazırlığına başlamalıyıq" Bakı. 5 iyul. REPORT.AZ/ Qarabağın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Sloveniyanın Olimpiya klubunun baş məşqçisi İliya Stolitsa yoxlama oyununda Macarıstanın “Ferensvaroş klubu ilə heç-heçə (0:0) etdikləri qarşılaşma barədə danışıb.
Futbol
5 İyul , 2018 19:26
Serbiyalı məşqçi: Qarabağa qarşı matçın taktiki hazırlığına başlamalıyıq

Bakı. 5 iyul. REPORT.AZ/ "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan "Sloveniya"nın "Olimpiya" klubunun baş məşqçisi İliya Stolitsa yoxlama oyununda Macarıstanın “Ferensvaroş" klubu ilə heç-heçə (0:0) etdikləri qarşılaşma barədə danışıb.

"Report" klubun saytına istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis rəqibin keyfiyyətli komanda olduğunu vurğulayıb. 

O qeyd edib ki, belə bir rəqibə qarşı qarşılaşmada oyuna nəzarət etmək çox yaxşıdır: "Komanda olaraq çox inkişaf edirik".

Serbiyalı baş məşqçi Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Qarabağ" haqqında da danışıb: "Biz "Qarabağ"a qarşı matçın taktiki hazırlığına başlamalıyıq. Futbol komanda oyunudur. Yalnız bu yolla yaxşı nəticə qazana bilərik".

Son xəbərlər

Orphus sistemi