Serbiya yığmasının keçmiş futbolçusu intihar etdi

Serbiya yığmasının keçmiş futbolçusu intihar etdi Serbiyalı keçmiş futbolçu Milyan Mrdakoviç intihar edib.
Futbol
23 May , 2020 20:11
Serbiya yığmasının keçmiş futbolçusu intihar etdi

Serbiyalı keçmiş futbolçu Milyan Mrdakoviç intihar edib. 

"Report"un "Sportske" nəşrinə istinadən verdiyi məlumata görə, 38 yaşlı Mrdakoviç Belqradda öz rəfiqəsi ilə ev kirayələyib. Qadının çağırışı ilə gələn polis ölüm faktını təsdiqləyib.  

Qeyd edək ki, Milyan Mrdakoviç Avropa və Asiyanın 10 ölkəsində, o cümlədən, Belçika "Gent"i və Ukrayna "Metalist"ində forma geyinib. O, karyerasını 2017-ci ildə Serbiy OFK-sında bitirib. 

Mrdakoviç Serbiya və Monteneqro yığmasının heyətində 2002-ci il gənclər arasında Avropa çempionatında və Serbiya millisinin üzvü kimi 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında iştirak edib. 

Son xəbərlər

Orphus sistemi