Serbiya yığmasının baş məşqçisi: "Prosineçkinin köməkçiləri ilə Azərbaycan barədə danışmışam"

Serbiya yığmasının baş məşqçisi: "Prosineçkinin köməkçiləri ilə Azərbaycan barədə danışmışam" İliya Stolitsa: "Qrupda birinci yer üçün mübarizə aparacağıq
Futbol
5 May , 2016 11:23
Serbiya yığmasının baş məşqçisi: Prosineçkinin köməkçiləri ilə Azərbaycan barədə danışmışam

Bakı. 5 may. REPORT.AZ/ "Bakıda gördüklərimizdən çox razıyıq. Yeməklər, hotel və məşq meydanları yaxşı səviyyədədir. Futbolçularımız çempionata hazırdır. Komandamızda heç bir zədəli və ya digər problemi olanlar yoxdur". "Report"un məlumatına görə, bunu Serbiyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi İlija Stolitsa Azərbaycan paytaxtında bu gün start götürəcək Avropa çempionatı barədə danışarkən deyib.

37 yaşlı mütəxəssis bildirib ki, yer aldıqları D qrupundakı hər bir komandanın mərhələ adlamaq imkanı var: "Çünki həm İtaliya, həm Hollandiya, həm də İspaniya yığmaları çox güclüdür. İnanıram ki, hər bir komandanın maraqlı oyununun şahidi olacaqsınız. Düzdür, rəqiblər güclüdür, amma biz də öz oyunumuzu sərgiləyib mübarizə aparacağıq. Hansı yeri tutacağımızı isə dəqiq deyə bilmərəm, amma hər bir oyuna qələbə üçün çıxacağıq. Qrupda birinci yer üçün mübarizə aparacağıq. Favoritin kim olduğunu demək mümkün deyil. Hər kəs qrupumuzdakı rəqibləri tanıyır. Bu baxımdan, ən güclü olduğumuzu deyə bilmərik".

İ.Stolitsa əvvəllər "Neftçi"də də çıxış etmiş etmiş serbiyalı qapıçı Saşa Stamenkoviçi çox yaxından tanıdığını söyləsə də, onunla bu barədə heç nə danışmadığına təəssüfləndiyini bildirib. Lakin o, Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin serbiyalı köməkçiləri ilə danışdığını vurğulayıb: "Azərbaycan futbolu barədə ümumi məlumatım var. Bilirəm ki, futbolunuzun səviyyəsi pillə-pillə qalxır". 

Qeyd edək ki, Serbiya millisi qrupda ilk görüşünü mayın 6-da İtaliyaya qarşı keçirəcək. 

Son xəbərlər

Orphus sistemi