Serbiya milli komandasının baş məşqçisi və direktoru istefaya göndərilib

Serbiya milli komandasının baş məşqçisi və direktoru istefaya göndərilib Səbəb komandanın AVRO-2016-ya yüksələ bilməməsidir
Futbol
28 Aprel , 2016 10:20
Serbiya milli komandasının baş məşqçisi və direktoru istefaya göndərilib

Bakı. 28 aprel. REPORT.AZ/ Futbol üzrə Serbiya milli komandasının baş məşqçisi Radovan Çurçiç vaxtından əvvəl istefaya göndərilib. "Report"un məlumatına görə, bu qərar Serbiya Futbol Federasiyası ilə 44 yaşlı mütəxəssis arasında qarşılıqlı razılıq əsasında verilib.

Yığmanın direktoru Savo Miloşeviçin də istefa verdiyi bildirilir.

Qeyd edək ki, Radovan Çurçiç Serbiya yığmasına 2014-cü ilin noyabrında baş məşqçi təyin olunub. Lakin o, ölkə millisini AVRO-2016-ya çıxara bilməyib. Komanda qrupunda 5 komanda arasında 4-cü yeri tutub. 

Son xəbərlər

Orphus sistemi