Yuxarı

"Sent-Etyen"in baş məşqçisi: "Qəbələ" xal itirə bilər"

Kristof Qaltye: Hər iki oyun həlledici rol oynayacaq

Bakı. 15 oktyabr. REPORT.AZ/ "Qələbə qazanmalıyıq. Bunu edə bilsək, 9 oyuna 15 xal toplamış olacağıq. Bu halda mövsümün yarısında 30 xala çata bilərik".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Kristof Qaltye klubun saytına müsahibəsində deyib.

50 yaşlı mütəxəssis müsahibəsində oktyabrın 20-də Fransada "Qəbələ" ilə keçiriləcək Avropa Liqasının III tur matçından da danışıb: "Qəbələ" ilə ardıcıl iki oyun keçirəcəyik. Ötən mövsüm "Dnepr"lə (Ukrayna) ardıcıl iki oyun keçirdik və hər iki görüşdə qələbə (1:0, 3:0) qazandıq. "Qəbələ" ilə baş tutacaq hər iki görüş həlledici rol oynayacaq. Ancaq "Qəbələ" xal itirə bilər".

Qeyd edək ki, oktyabrın 20-də Fransada keçiriləcək "Sent-Etyen" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi