Bakı. 24 yanvar. REPORT.AZ/ Seneqal və Tunis yığmalarının futbolçuları Qabonda keçirilən Afrika Millətlər Kubokunun 1/4 final mərhələsinə vəsiqə qazanıblar.
"Report" xəbər verir ki, bazar ertəsi Tunis millisi "B" qrupunun həlledici oyununda Zimbabve üzərində 4:2 hesabı ilə qələbə qazanıb.
Eyni qrupda yer alan Seneqal millisi isə Əlcəzairlə 2:2 hesablı heç-heçə edib.
Beləliklə, Seneqal və Tunis qrupda müvafiq olaraq birinci (7 xal) və ikinci (6) yerləri tutublar ki, bu da onların növbəti mərhələyə çıxmalarına imkan verib.
Seneqal 1/4 finalda Kamerun yığması ilə qarşılaşacaq. Tunisin rəqibi isə hələ ki, məlum deyil.
Turnir fevralın 5-də yekunlaşacaq.