Yuxarı

Seneqal millisi Cənubi Koreyanı məğlub edib

Seneqal millisi Cənubi Koreyanı məğlub edib

Bakı. 11 iyun. REPORT.AZ/ Futbol üzrə Seneqal və Cənubi Koreya yığma komandaları Rusiyada keçirilcək dünya çempionatına hazırlıq çərçivəsində yoldaşlıq görüşündə üz-üzə gəliblər. 

"Report"un məlumatına görə, qarşılaşma Seneqal millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 67-ci dəqiqədə Kim Yen Qvon avtoqol müəllifi olub. Mussa Konate isə 90-cı dəqiqədə penaltidən fərqlənməklə oyunda son nöqtəni qoyub.

Qeyd edək ki, Cənubi Koreya millisi dünya çempionatında Almaniya, Meksika və İsveçlə birlikdə F, Seneqal isə Polşa, Kolumbiya və Yaponiya ilə birlikdə H qrupunda mübarizə aparacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi