Sənan Qurbanov: "Bu oyuna görə sevinsək də, unudub yenidən başlamalıyıq"

Sənan Qurbanov: "Bu oyuna görə sevinsək də, unudub yenidən başlamalıyıq" Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində evdə “Neftçi” üzərində 3:1 hesablı qələbə qazanan “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov mətbuat konfransı keçirib. Report xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb.
Futbol
20 Oktyabr , 2018 19:50
Sənan Qurbanov: Bu oyuna görə sevinsək də, unudub yenidən başlamalıyıq

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində evdə “Neftçi” üzərində 3:1 hesablı qələbə qazanan “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov mətbuat konfransı keçirib. "Report" xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb.

- Məğlubiyyətlər bizi təngə gətirmişdi. Yaxşı ki, fasilə yaranmışdı. Bir ailə olmağa çalışdıq. Yumruq kimi birləşdik. Bir qədər psixoloji gərginlik var idi. Həm futbolçularımızı, həm də azarkeşlərimizi təbrik edirəm.

- Həmin futbolçular idi ki, ilk dövrədə ayaq sürüyürdülər. Nə dəyişdi?

- Bəlkə də “Zirə”ylə oyunda zəif oynamışdıq. Ancaq uşaqlar məğlubiyyətdən bezmişdilər. Dünən uşaqların gözlərini görmüşdüm. Bilirdim ki, onlar start fiti üçün alışıb-yanırdılar.

- Aqil Məmmədov start heyətində yer aldı və möhtəşəm oynadı. Dmitri Bezotosnı niyə yox idi?

- Aqili xüsusi təbrik edirəm. Öz saatını gözləyirdi və şansından istifadə etdi.

- Bu qələbə komandanız üçün dönüş nöqtəsi oldu?

- Qarşımızda uzun marafon var. Bu oyuna görə sevinsək də, unudub yenidən başlamalıyıq.

- Təmkin 1 oyun oynayıb, 2 oyun buraxır...

- Bunu bəxtsizliklə əlaqələndirərdim. Ötən dəfə qırmızı vərəqəyə görə pul cəzası da kəsmişdik. Ancaq bu cür anlarda futbolçuya dəstək olmaq lazımdır.

Son xəbərlər

Orphus sistemi