Sənan Qurbanov: "Bu gün 2 xal itirdik"

Sənan Qurbanov: "Bu gün 2 xal itirdik" Qəbələ. 30 sentyabr. REPORT.AZ/ Qəbələnin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının VI turunda Keşləylə evdə 1:1 hesablı bərabərliyə qaldıqları oyundan sonra mətbuat konfransı keçirib.
Futbol
30 Sentyabr , 2018 21:11
Sənan Qurbanov: Bu gün 2 xal itirdik
Sənan Qurbanov

Qəbələ. 30 sentyabr. REPORT.AZ/ "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının VI turunda "Keşlə"ylə evdə 1:1 hesablı bərabərliyə qaldıqları oyundan sonra mətbuat konfransı keçirib.

"Report"un Qəbələyə ezam olunmuş Şirvan bürosunun əməkdaşı xəbər verir ki, gənc mütəxəssis öncə görüşü dəyərləndirib.

- Qələbəyə köklənmişdik. 4-5 gün idi Qəbələdə idik və matça ciddi hazırlaşırdıq. Qapımız qarşısında azsaylı qol vəziyyətləri yaradılır və rəqib bunlardan maksimum istifadə edir. Hələ də bunun qarşısını ala bilmirik. İkinci hissədə tempi artırdıq. Futbolçuların adına üzülürəm. Çünki istəkləri böyükdür. Ancaq bunu nəticəyə çevirə bilmirik. Bunun üçün topu tordan keçirməyimiz lazımdır. "Qara zolaq"dayıq, bu, bizdən hələ də əl çəkmir. Yenə çalışırıq ki, futbolçuları bu psixoloji durumdan çıxaraq.

"Qəbələ"nin bu uğursuzluğu nə vaxtadək davam edəcək? Bir çarəsi varmı?

- Komandamızın oyun üslubunda inkişaf var. Bunu videoanalizlərdə görürük. Məşqlərdə qol vurmaq üzərində işləyirik. Ancaq bu, daha çox futbolçunun ustalıq səviyyəsindən asılıdır.

Sizcə, bu gün komandanız 1 xal qazandı, yoxsa 2 xal itirdi?

- 2 xal itirdik.

Son xəbərlər

Orphus sistemi