Yuxarı

"Seltik" - "Qarabağ" matçının tam görüntüləri yayılıb - VİDEO

Görüş Seltik TV-nin rəsmi Youtube kanlında yerləşdirilib

Bakı. 30 iyul. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" komandasının Şotlandiyada "Seltik"lə keçirdiyi futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşünün tam videoyazısı yayılıb. "Report"un məlumatına görə, "Seltik" TV-nin rəsmi "Youtube" kanalında yerləşdirilən videolarda meydan sahiblərinin baş məşqçisi Ronni Deylanın fikirləri də yer alıb. 

Oyun əvvəlcədən açıqlandığı kimi, canlı yayımlanmayıb. Qarşılaşma qlazqoluların qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 82-ci dəqiqədə Dedrik Boyata vurub. 

Qeyd edək ki, cavab görüşü avqustun 5-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi