​Seltik"in futbolçusu: ""Qarabağ"la oyun çətin olacaq və ona hazırlaşmaq lazımdır"

​Seltik"in futbolçusu: ""Qarabağ"la oyun çətin olacaq və ona hazırlaşmaq lazımdır" Vircil van Deyk: "Qarabağ"ın stadionu tam dolu olacaq"
Futbol
3 Avqust , 2015 10:12
​Seltikin futbolçusu: Qarabağla oyun çətin olacaq və ona hazırlaşmaq lazımdır

Bakı. 3 avqust. REPORT.AZ/ "Qarabağ" ilə oyun çətin olacaq və ona hazırlaşmaq lazımdır". "Report" İngiltərənin "Express" nəşrinə istinadən xəbər verir ki, bu barədə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Azərbaycanın "Qarabağ" klubu ilə cavab qarşılaşmasından əvvəl Şotlandiyanın "Seltik" komandasının oyunçusu Virсil van Deyk bildirib.

24 yaşlı mərkəz müdafiəçisi "Qarabağ"ın ötən il keçirdiyi oyunları izlədiyini açıqlayıb. Hollandiyalı futbolçu hesab edir ki, bu komanda ilə oyuna hazır olmaq lazımdır: "Bu, çətin bir matç olacaq. "Qarabağ"ın böyük stadionu var, həmin stadion tam dolu olacaq. Biz öz yüksək səviyyəmizi göstərməliyik".

Qeyd edək ki, avqustun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Seltik" matçı saat 21:00-da başlanacaq. Bu komandalar arasındakı ilk görüş Şotlandiya təmsilçisinin qələbəsi ilə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi