​"Seltik" ardarda beşinci dəfə Şotlandiya çempionu olub

​"Seltik" ardarda beşinci dəfə Şotlandiya çempionu olub Klub çempion titulunu sona iki tur qalmış qazanıb
Futbol
9 May , 2016 04:00
​Seltik ardarda beşinci dəfə Şotlandiya çempionu olub

Bakı. 9 may. REPORT.AZ/ "Seltik" klubu tarixində 47-ci dəfə Şotlandiya çempionu olub.

"Report" xəbər verir ki, kollektiv ən yaxın izləyicisi "Aberdin" üzərində 3:2 hesablı qələbə qazandıqdan sonra vaxtından əvvəl çempion tituluna yiyələnib.

2015/2016-cı il mövsümünün sonuna 2 tur qalmış "Seltik"in ikinci yerdən xal fərq 12-dir.

"Seltik" ardarda beşinci dəfədir ki, Şotlandiya çempionluğunu bayram edir.

Son xəbərlər

Orphus sistemi