"Selta"nın slovakiyalı futbolçusu: "Azərbaycana qarşı keçirəcəyimiz oyunu da unutmamalıyıq"

"Selta"nın slovakiyalı futbolçusu: "Azərbaycana qarşı keçirəcəyimiz oyunu da unutmamalıyıq" “Xorvatiya ilə səfərdə əldə olunacaq qalibiyyət belə, irəliləyəcəyimizə təminat vermir. Azərbaycana qarşı keçirəcəyimiz həddindən artıq çətin oyunu da unutumamalıyıq”.
Futbol
14 Noyabr , 2019 10:39
Seltanın slovakiyalı futbolçusu: Azərbaycana qarşı keçirəcəyimiz oyunu da unutmamalıyıq

“Xorvatiya ilə səfərdə əldə olunacaq qalibiyyət belə, irəliləyəcəyimizə təminat vermir. Azərbaycana qarşı keçirəcəyimiz həddindən artıq çətin oyunu da unutumamalıyıq”.

“Report”un məlumatına görə, bunu “ProFutbal” portalına Slovakiya yığmasının futbolçusu Stanislav Lobotka noyabrın 16-da səfərdə Xorvatiya, 3 gün sonra isə evdə isə Azərbaycan millilərinə qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə matçları barədə danışarkən deyib.

İspaniyanın “Selta” klubunun formasını geyinən 24 yaşlı yarımmüdafiəçi yalnız öz oyunlarına köklənməli olduqlarını bildirib. Bununla belə, iyunun 11-də Azərbaycan millisini Bakıda 5:1 hesabı ilə məğlub etdikləri matçın 8-ci dəqiqəsində hesabı açan Lobotka Uels – Macarıstan görüşünün heç-heçə ilə yekunlaşmasını arzuladığını vurğulayıb: “İdeal ssenari irəli getməkdir. Riyekada istər məğlubiyyət, istərsə də qələbə təqdirində, yalnız mövqeyimizi yaxşılaşdıracağımız halda xoşbəxt olacağam. Fikrimi öz oyunumuza yönəltmişəm, paralel keçəcək Uels – Macarıstan görüşü məni yayındırmayacaq. Əlbəttə, həmin matçdakı heç-heçə bizə kömək edəcək. Lakin biz yalnız öz oyunlarımıza köklənəcəyimiz halda, digər nəticələrdən asılı olmayaraq irəliləyəcəyik və məqsədimizə çatacağıq”.

Qeyd edək ki, Xorvatiya hazırda 14 xalla E qrupunun lideridir. Zlatko Daliçin rəhbərlik etdiyi kollektivin noyabrın 16-da qəbul edəcəyi Slovakiya yığması isə 10 xalla 3-cü sıradadır. Macarıstan 12 xalla 2-ci sırada qərarlşasa da, ehtiyatda cəmi 1 oyunu var. Marko Rossinin baş məşqçi olduğu komanda noyabrın 19-da Uels səfərində xal itirsə, slovakiyalıların işi asanlaşacaq. İstənilən halda, Pavel Hapalın rəhbərlik etdiyi yığma növbəti 2 dueldən qalib ayrılsa, AVRO-2020-yə vəsiqə qazanacaq.

Son xəbərlər

Orphus sistemi