Yuxarı

"Selta" İspaniya Kubokunun 1/8 finalında "Valensiya"nı darmadağın edib - VİDEO

"Selta" İspaniya Kubokunun 1/8 finalında "Valensiya"nı darmadağın edib - VİDEO
Matç qonaqların 1:4 hesablı qələbəsi ilə yekunlaşıb

Bakı. 4 yanvar. REPORT.AZ/ Futbol üzrə İspaniya Kubokunun 1/8 final mərhələsində "Selta" klubu "Valensiya" üzərində böyükhesablı qələbə qazanıb.

"Report" xəbər verir ki, çərşənbə axşamı Valensiya şəhərində keçirilən matç qonaqların 1:4 hesablı qələbəsi ilə başa çatıb.

Qalib komandanın heyətində Yaqo Aspas (3-cü dəqiqədə penaldan), Teo Bonqonda (14), Daniel Vass (18) və Yon Qvidetti (75) fərqlənib. "Valensiya"nın təsəlli qolunu 58-ci dəqiqədə penaldan Daniel Parexo vurub. Cavab oyunu yanvarın 12-də keçiriləcək.

Kubokun daha 1/8 final görüşündə "Eybar" səfərdə "Osasuna"nı 3:0 hesabı ilə məğlub edib. Qolları Nano (28-ci dəqiqə), Bebe (75) və Adrian Qonsales (90) vurublar. Cavab oyunu, həmçinin yanvarın 12-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi