Yuxarı

Səlahət Ağayev: "Rəqibin ustalığı öz sözünü dedi"

Səlahət Ağayev: "Komandada özünə inam yarandı"

"Güclü komandaya qarşı oynadıq. Rəqib dünya çempionatında ikinci olub. Oyun 1:1 hesabı ilə bitsəydi, bizim üçün daha yaxşı nəticə olardı. Yaxşı oynadıq. Nəyi bacarırdıqsa, meydana qoyduq".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının qapıçısı Səlahət Ağayev AVRO-2020-nin seçmə mərhələsinin I turunda səfərdə Xorvatiyaya 1:2 hesabı ilə məğlub olduqları matç barədə danışarkən deyib.

28 yaşlı qolkiper birinci hissədə buraxdığı qolun çətin epizod olduğunu vurğulayıb: "Topu çıxarmağı bacarmadım. Rəqibin ustalığı öz sözünü dedi. Bir xal qazansaydıq, daha yaxşı olardı. Komandada özünə inam yarandı ki, biz futbol oynaya bilirik. Bu gün xorvatiyaya qarşı belə oynadıqsa, gələcəkdə şanslarımız da olacaq".

Ağayev rəqibin ulduz futbolçusu Luka Modriç haqqında da söz açıb: "Onun şərhə ehtiyacı yoxdur. Modriç dünya səviyyəli oyunçudur. Dünyanın ən yaxşı futbolçusu seçilıb. Onu boş yerə ən yaxçı oyunçu seçməyiblər". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi