Səfir "Qəbələ" klubunu ziyarət edib

Səfir "Qəbələ" klubunu ziyarət edib Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı elçiləri komandaya uğurlar arzulayıb
Futbol
15 Sentyabr , 2016 15:40
Səfir Qəbələ klubunu ziyarət edib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov və Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin rəhbəri Xəzər İbrahim "Qəbələ"nin düşərgəsini ziyarət edib. 

"Report"un klub saytına istinadən verdiyi məlumata görə, "Qəbələ"nin "Anderlext"lə oyunöncəsi son məşqindən əvvəl, Brüsseldə - "Konstant Vanden Stok" arenasında baş tutan görüşdə F.İsgəndərov və X.İbrahim klub rəsmiləri və futbolçularla görüşüb.

"Qırmızı-qaralar"a uğurlar arzulayan F.İsgəndərov nəticədən asılı olmayaraq, hər zaman "Qəbələ"nin yanında olacaqlarını bildirib: "Komandanın son dövrlərdə göstərdiyi uğurlu çıxışının bu oyunla da davam edəcəyinə inanırıq. "Anderlext" - "Qəbələ" matçında sıravi azarkeş kimi sizi sona qədər tək qoymayacaq, öz dəstəyimizi göstərəcəyik. Daha öncə də Azərbaycan klubları "Anderlext"lə qarşılaşıblar. Bu dəfə hər şeyin bizim xeyrimizə nəticələnməsini arzulayırıq. Nəticədən asılı olmayaraq, hər zaman yanınızdayıq".

Görüşün sonunda səfir "Qəbələ" İdman Klubuna hədiyyəsini təqdim edib və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, bu gün keçiriləcək "Anderlext" - "Qəbələ" matçı saat 19:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi