Şef de-mission: "Belarusdakı yarış I Avropa Oyunları kimi olmayacaq"

Şef de-mission: "Belarusdakı yarış I Avropa Oyunları kimi olmayacaq" Bakı. 8 fevral. REPORT.AZ/ “Bütün federasiyalar biliri ki, II Avropa Oyunlarında böyük komanda ilə iştirak etməli və yaxşı nəticə qazanmalıyıq”.
Futbol
9 Fevral , 2019 12:00
Şef de-mission: Belarusdakı yarış I Avropa Oyunları kimi olmayacaq

Bakı. 8 fevral. REPORT.AZ/ “Bütün federasiyalar biliri ki, II Avropa Oyunlarında böyük komanda ilə iştirak etməli və yaxşı nəticə qazanmalıyıq”.

Bunu “Report”a “Minsk 2019” II Avropa Oyunları üçün Azərbaycanın şef de-missionu Anar Bağırovdeyib. O, bildirib ki, idmançılar yarışa fərqli formada hazırlaşırlar: “Təlim-məşq toplanışının təşkili idman növünə görə dəyişir. Məsələn, cüdoçularımız hazırlıq üçün ölkə xaricinə üz tuturlar, orada əcnəbi idmançılarla qüvvələrini sınayırlar. Bəzilərinə isə ölkədə sınaqçı-rəqib bəs edir. Başqa bir misal velosiped idmanı ola bilər. Onlar daxildə hazırlaşır və yalnız yarışlar üçün xaricə yollanırlar. I Avropa Oyunlarından sonra hədəflər yüksəkdir və federasiylar daha yaxşı nəticə göstərmək istəyirlər”.

A.Bağırovun sözlərinə görə, Oyunlara lisenziyaların verilməsi prosesi idman növündən asılı olaraq dəyişir: “Məsələn, cüdoda bir, samboda başqa, güləşdə digər prosesdir. Təşkilat Komitəsi yarışların həm Avropa Oyunlarına, həm də 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verməsini istəyirdilər. Ancaq müxtəlif idman növləri üzrə beynəlxalq federasiyların heç də hamısı buna razılıq verməyib. İdmançılarımız təsnifat mərhələsini keçib, “Minsk 2019”a düşməlidirlər. Amma hər idman növündə sistem başqa cürdür. Məsələn, bəzisində reytinq əsas götürülür, bəzisində isə qatıldığı yarışda tutduğu yer”.

Şef de-mission deyib ki, Azərbaycan mütəxəssisləri II Avropa Oyunlarına hazırlıq prosesində iştirak edirlər: “Minsk 2019” II Avropa Oyunlarının hansı səviyyədə keçəcəyi barədə proqnoz verə bilmərik. Lakin indidən deyə bilərik ki, Belarusdakı yarış “Bakı 2015” I Avropa Oyunları kimi olmayacaq. Minskdə hazırlıq gedir. Arenalarda, Atletlər Kəndində işlər aparılır, akkreditasiya prosesi davam edir. Onlar bir az fərqli olacaq. “Açıq qapı günləri”ndə ora yollanırıq və hazırlığın imkan daxilində yüksək səviyyədə getdiyini görürük. Prosesə təxminən 10 nəfər azərbaycanlı mütəxəssislər də cəlb olunub. Nəsə sualları olanda köməklik göstərməyə çalışırıq”.

Qeyd edək ki, Belarus paytaxtında 21 - 30 iyunda keçiriləcək II Avropa Oyunlarına 15 növ üzrə 5000-dən çox idmançı qatılacaq. 9 növ üzrə yarışlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. 4 növ üzrə mübarizə isə həm də rəsmi Avropa çempionatı sayılacaq. Kişilər 91, qadınlar 89 yarışda iştirak edəcəklər. Daha 21 yarış isə qarışıq olacaq.

Son xəbərlər

Orphus sistemi