"Səbail" "Xəzər"ə qalib gəlib

"Səbail" "Xəzər"ə qalib gəlib Matç Samir Əliyevin rəhbərlik etdiyi kollektivin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb
Futbol
15 Yanvar , 2018 13:10
Səbail Xəzərə qalib gəlib

Bakı. 15 yanvar. REPORT.AZ/ “Səbail” klubu qış fasiləsində ikinci yoxlama oyununu keçirib.

“Report” xəbər verir ki, Azərbaycan Premyer Liqasının debütantı I divizion təmsilçisi “Xəzər”i qəbul edib. “Bayıl Arena”da baş tutan matç Samir Əliyevin rəhbərlik etdiyi kollektivin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Səbail”in qollarına yeni transfer Kərim Diniyev, penaltidən Elman Taqayev və Vüqar Nadirov imza atıblar. Taqayev qollarından birini penaltidən vurub. “Xəzər”in heyətində isə Fərid Səmədzadə fərqlənib.

Qeyd edək ki, “Səbail” ilk yoxlama görüşündə “Sabah”la qolsuz bərabərə qalıb.

Son xəbərlər

Orphus sistemi