UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Səbail" və Rumıniyanın “Universitatya (Krayova, Rumıniya) komandaları arasında keçiriləcək ilk matçın hakim təyinatlarında dəyişiklik edilib.
"Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma maltalı hakimlər briqadasına həvalə olunub. Onlar finlandiyalıları əvəzləyiblər.
Baş hakim: Fyodor Zammit
Baş hakimin köməkçiləri: Duncan Sultana, Theodore Zammit
Dördüncü hakim: Mario Apap
(Hakimlər briqadası Maltadandır)
UEFA nümayəndəsi: Patrik Wattebled (Fransa)
Hakim-inspektor: Miroslav Vitkoviç (Xorvatiya)
Qeyd edək ki, iyulun 11-də Bayıl stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da başlanacaq.