"Səbail" Ukrayna klubunu məğlub edib

"Səbail" Ukrayna klubunu məğlub edib Bakı. 21 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Səbail komandası bu gün növbəti yoxlama matçına çıxıb.
Futbol
21 Yanvar , 2019 21:35
Səbail Ukrayna klubunu məğlub edib

Bakı. 21 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Səbail" komandası bu gün növbəti yoxlama matçına çıxıb.

"Report"un məlumatına görə, Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv Ukrayna "Desna"sı ilə qarşılaşıb.

Side qəsəbəsindəki "Arslan Zeki Demirci" İdman Kompleksində baş tutmuş qarşılaşma "Səbail"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandanın qollarını 39-cu dəqiqədə Orxan Qurbanlı, 70-ci dəqiqədə isə Kevin Kubemba vurub.

Daha əvvəl Macarıstan "Aqvital"ını 3:2 hesabı ilə yenən "Səbail" İsveçrə "Sürix"i ilə heç-heçə edib - 1:1. Çerniqov şəhərini təmsil edən "Desna" Ukrayna Premyer Liqasında 18 turdan sonra 24 xalla 6-cı pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi