"Səbail" təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq

"Səbail" təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq Premyer Liqanın debütantı Antalyada 4 yoxlama oyunu keçirməyi planlaşdırır
Futbol
19 Dekabr , 2017 10:58
Səbail təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq

Bakı. 19 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının debütantı “Səbail” komandasının qış hazırlıq planı müəyyənləşib. Bu barədə “Report”a paytaxt təmsilçisinin baş məşqçisi Samir Əliyev məlumat verib.

O, bildirib ki, rəhbərlik etdiyi kollektiv yanvarın 3-də Bakıda bir araya gələcək. İki günlük tibbi yoxlanışdan sonra hazırlıq prosesinin I mərhələsinə start veriləcək.

Təlim-məşq toplanınışın II mərhələsi isə Türkiyədə olacaq. Yanvarın 20-də səfərə çıxmağı planlaşdıran “Səbail” fevralın 2-dək Antalya bölgəsində hazırlıq keçəcək. Həmin dönəmdə 4 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Səbail” qış fasiləsinə 13 xalla 6-cı pillədə yollanıb. 

Son xəbərlər

Orphus sistemi